Xəbərlər

Siyarto: Macarıstan Aİ-nin Rusiya ilə müharibəyə hazırlığı ilə bağlı Brüsseldən izahat tələb edir

“Macarıstan Avropa İttifaqı (Aİ) rəhbərliyindən Ukraynada münaqişəni niyə davam etdirmək niyyətində olduğu və Rusiya ilə müharibəyə hazırlaşdığı sualına cavab gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Biz Avropa Komissiyasının “72 saatlıq sağ qalma” planı hazırlamaq niyyətinə cavab verməsini gözləyirik. Sülh istəkləri çox ümidverici xarakter almağa başladığı bir vaxtda Brüssel niyə Ukraynada müharibəni davam etdirmək istəyir?” – Siyarto bildirib.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban Brüsselin münaqişədən sağ çıxmaq üçün 72 saatlıq ehtiyatların yaradılması ilə bağlı çağırışlarını şərh edərkən də “Brüsselin müharibəyə hazırlaşdığına” əminliyini ifadə edib.