İsrail Müdafiə Qüvvələri (İDF) Beyrut ətrafında Hizbullah təşkilatının əsas qalası sayılan hədəfə zərbə endirdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
“Zərbənin hədəfi HƏMAS yaraqlılarına rəhbərlik edən və onlara mülki İsrail vətəndaşlarına qarşı genişmiqyaslı terror hücumu planlaşdırmağa kömək edən Hizbullah terrorçusu olub. Terrorçunun yaratdığı təhlükə səbəbindən İDF onu məhv edib”, – bəyanatda qeyd olunub.



