Xəbərlər

İran BMT TŞ-ni Trampın təhdidlərini pisləməyə çağırıb

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasını (TŞ) ABŞ prezidenti Donald Trampın Tehrana qarşı səsləndirdiyi təhdidlərini beynəlxalq hüququn pozulması kimi pisləməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə diplomat BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirib.

“ABŞ prezidenti 2025-ci ilin yanvarında fəaliyyətə başlayandan bəri BMT-nin əsasını qoyduğu beynəlxalq norma və prinsipləri sistematik olaraq görməzlikdən gəlib və onları pozub. Onun müstəqil dövlətlərə qarşı güc tətbiq etməklə daim hədələməsi beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi BMT Nizamnaməsindən irəli gələn öhdəliklərinə açıq şəkildə məhəl qoymaması, hərbi gücdən siyasi və geosiyasi məqsədlərə çatmaq üçün məcburiyyət vasitəsi kimi istifadə etməsi xüsusilə narahatedicidir. Bu ciddi pozuntularla əlaqədar olaraq, İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına çağırır. BMT Nizamnaməsi və ABŞ-dan beynəlxalq hüquqi öhdəliklərinə əməl etməyi tələb edin”, – məktubda qeyd olunub.