“İsrailin Qəzzanı bombalaması yeni atəşkəsin əldə edilməsi üçün şansları azaldır”.
“Füyuzat”ın məlumatına görə, bunu Doha Forumunda çıxış edən Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani deyib.
“Qətər atəşkəs üçün hər iki tərəfə təzyiq göstərmək səylərini davam etdirəcək”, – nazir əlavə edib.
Qeyd edək ki, noyabrın sonunda girovların azad edilməsi və döyüşlərin bir həftəlik dayandırılmasında Qətər mühüm rol oynayıb.