“Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə baş verən hadisələrlə bağlı vahid mövqe formalaşdırmalı və Qəzza sektorunda minlərlə uşaq da daxil olmaqla dinc sakinlərin ölümünə qarşı çıxmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu İspaniyanın baş naziri Pedro Sançes söyləyib.
Baş nazir Avropa Parlamentində çıxışında 2023-cü il dekabrın 31-də başa çatan Krallığın Avropa İttifaq Şurasına sədrliyinin nəticələri barədə danışıb.
“Avropa İttifaqı Ukraynadakı münaqişəyə cavab verdiyi eyni aydınlıq və birliklə İsrail və Fələstin arasında baş verən hadisələrlə bağlı öz mövqeyini bildirməlidir. Əgər biz dünyanın bizə ardıcıl geopolitik oyunçu kimi hörmət etməsini istəyiriksə, vətəndaşlarımızın bizim əməllərimizlə fəxr etməsini istəyiriksə, ucadan, aydın bir səslə danışmalıyıq”, – diplomat bildirib.
“Avropa İttifaqı HƏMAS hərəkatının İsrailə hücumlarını qınamalı və əsirlərin dərhal azad edilməsini tələb etməlidir”, – Sançes əlavə edib.