Xəbərlər

Hizbullah İsrail hərbi məntəqəsinə hücum edib

Hizbullah təşkilatı Livanın cənubundan İsrail hərbi məntəqəsinə hücum həyata keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilat özü açıqlama yayıb.

Açıqlamada bildirilib ki, İsrail əsgərlərinin toplandığı Şumira yaşayış məntəqəsindəki nöqtəyə müvafiq silahlarla hücum həyata keçirilib. Dağıntı və təlafat ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, İsrail Ordusu və Hizbullah arasında 8 oktyabrdan bəri davam edən qarşıdurmalarda Hizbullahın 103 üzvü və altı İsrail əsgəri həlak olub.

Bundan başqa, Livanda 24, İsraildə isə 5 dinc sakin toqquşmaların qurbanı olub.