“Çin Ukrayna münaqişəsində iştirak etmək üçün qoşun göndərməyib və ölkə hakimiyyəti öz vətəndaşlarından hərbi əməliyyatlarda iştirak etməməyi tələb edib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
“Çin hökuməti həmişə öz vətəndaşlarından Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada iştirakdan çəkinməyi, xüsusən də hər iki tərəfin hərbi əməliyyatlarında iştirak etməkdən çəkinməyi tələb edib”, – o, brifinqdə ukraynalı jurnalistin sualını cavablandırarkən deyib.
Çin diplomatı aydınlaşdırıb ki, Pekin Çin vətəndaşlarının Rusiyanın hərbi əməliyyatlarında iştirak etməsi iddiaları ilə bağlı faktları yoxlayır.



