ABŞ prezidenti Donald Trampın administrasiyası əvvəlcə dəstəyi davam etdirəcəyinə söz verdiyi bir neçə ölkə üçün yardım proqramlarını kəsib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” (NYT) qəzeti rəsmilərə və humanitar təşkilatların əməkdaşlarına təqdim olunan siyahılara istinadən məlumat yayıb.
Bu siyahılara, əsasən, ABŞ Əfqanıstan, İordaniya, Yəmən, İraq, Konqo Respublikası, Livan, Madaqaskar, Mali, Niger, Nigeriya, Suriya, Somali, Çad və Ekvadorda proqramların maliyyələşdirilməsini dayandıracaq.



