ABŞ-İran nüvə danışıqlarının növbəti mərhələsi İtaliyanın paytaxtı Romada keçirilə bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, Amerika və İran rəsmiləri arasında görüş Omanın Maskat şəhərindəki dolayı danışıqlardan fərqli olaraq, yəqin ki, şəxsi formatda bir otaqda baş tutacaq. Görüşdə omanlı vasitəçilərin də iştirak edəcəyi gözlənilir.



