Xəbərlər

Cinpin: Çin qonşu ölkələrlə münasibətləri gücləndirəcək

“Çin hakimiyyəti qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərini gücləndirəcək, regionda sülh və sabitliyi qoruyacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin prezidenti Si Cinpin deyib.

“Çin qonşu ölkələrə qarşı xarici siyasətinin davamlılığını və sabitliyini qoruyub saxlayacaq, səmimiyyət və tolerantlıq konsepsiyasına, mehribanlıq və mehriban qonşuluq prinsiplərinə sadiq qalacaq, qonşu ölkələrlə dostluğu və əməkdaşlığı dərinləşdirəcək, Asiyada modernləşmə prosesini birgə irəli aparacaq”, – prezident qeyd edib.