Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsi fonunda Fransa fevral ayında sığınacaq müraciətlərinin sayına görə Almaniyanı geridə qoyub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Le Figaro” qəzeti Avropa Statistika Agentliyinin məlumatlarına istinadən məlumat yayıb.
Verilən məlumata görə, fevral ayında Fransa 13 mindən çox sığınacaq müraciəti qeydə alaraq İspaniyanı (12,9 min) və Almaniyanı (12,7 min) geridə qoyub.



