Malayziya nümayəndə heyəti Amerika səlahiyyətliləri ilə ABŞ-ın tətbiq etdiyi yeni tarif tədbirlərini müzakirə etmək üçün aprelin sonunda Vaşinqtona səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Asiya ölkəsinin Rabitə Nazirliyindən bildirilib.
“Bu nümayəndə heyətinin ABŞ-a səfəri həm də ASEAN ölkələrinin ABŞ-ın idxal tarifləri ilə bağlı əldə etdiyi konsensusun nəticəsidir. Biz nəticələri nümayəndə heyətinin üzvləri qayıtdıqdan sonra görəcəyik”, – Nazirlik əlavə edib.



