Xəbərlər

Əraqçi Moskvaya səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazirin teleqram kanalındakı paylaşımında bildirilib.

Verilən məlumata görə, nazir rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.

Qeyd edək ki, Əraqçi daha əvvəl səfərinin əsas məqsədinin İranın ali dini lideri Ayətullah Əli Xameneinin Rusiya prezidenti Vladimir Putinə yazılı müraciətini çatdırmaq olduğunu bildirmişdi.