Xəbərlər

İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.

“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, bu barədə “Azad İran” İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.