Xəbərlər

Türkiyə parlamentinin nümayəndə heyəti Moskvaya səfər edib

Türkiyə parlamentinin nümayəndə heyəti Moskvaya səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay sosial şəbəkədə bildirib.

“Türkiyə Böyük Millət Məclisinin (parlament) Xarici Əlaqələr Komitəsi rəsmi təmaslar üçün Moskvaya səfər edib. Ümid edirəm ki, ikitərəfli əlaqələrimizi daha da gücləndirmək, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirəcəyimiz görüşlər məhsuldar olacaq”, – o paylaşımında qeyd edib.