“İsrail rəhbərliyi ABŞ prezidenti Donald Trampın birbaşa təsdiqi və dəstəyi olmadan İranın nüvə infrastrukturuna zərbə endirməyə cəsarət etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
“İsrail Trampı qəzəbləndirmək və onun dəstəyini itirmək qorxusu ilə Ağ Evin dəstəyi olmadan hərbi əməliyyatlardan çəkinəcək, həmçinin ABŞ-ın iştirakı olmadan İrana öz zərbələrinin çox məhdud təsir göstərəcəyini əsas götürəcək. Eyni zamanda, Trampın özü də hazırda diqqətini İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün diplomatik yollar axtarmağa cəmləyib”, – məlumatda bildirilib.



