Xəbərlər

ABŞ-da sərnişin təyyarəsinin mühərriki yanıb, 282 sərnişin təxliyə edilib

ABŞ-ın Florida ştatının Orlando Beynəlxalq Hava Limanında havaya qalxmağa hazırlaşan sərnişin təyyarəsinin mühərriki qəfil alovlanıb, 282 nəfər təxliyyə edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Verilən məlumata görə, hadisə nəticəsində ölən olmayıb. Səbəblər araşdırılır.