İsrail hərbiçilərinin Qəzza zolağında apardığı hərbi əməliyyatlar nəticəsində daha 45 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, anklava endirilən zərbələr nəticəsində ölənlərin sayı artmaqda davam edir.



