Xəbərlər

ABŞ dövlət katibi BƏƏ prezidenti ilə görüşüb

ABŞ dövlət katibi Avtoni Blinken Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed bin Sultan əl-Nəhyan ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Blinken özü açıqlama verib.

O, görüşlə bağlı açıqlamasında deyib: “Bu gün Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed bin Sultan əl-Nehyan ilə görüşdüm və bölgədə münaqişələrin qarşısının alınması və Qəzzada humanitar ehtiyacların həlli istiqamətində səyləri müzakirə etdim. Müstəqil Fələstin dövləti qurmaq əzmimizin davam etdiyini vurğuladım”.