Xəbərlər

İsrail prezidenti və ABŞ dövlət katibi Təl-Əvivdə görüşüb

İsrail prezidenti İsaak Herzoq Yaxın Şərq turu çərçivəsində Təl-Əvivə səfər edən ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin Prezident Administrasiyası yazılı açıqlama yayıb.

Görüşdə Herzoq Qəzza zolağında hücumlarını davam etdirən ölkəsinə ABŞ rəhbərliyinin verdiyi dəstəyə görə minnətdar olduğunu vurğulayıb: “İsrailin hücumları azad insan dəyərlərinə təsir edən bir müharibədir”.

Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı qaldırdığı soyqırım iddiasını tənqid edən Hersoq qeyd edib: “Bu iddiadan daha iyrənc və əsassız bir şey yoxdur”.

O, yanvarın 11-də BƏƏ-də açılacaq soyqırım məhkəməsində ölkəsinin iştirak edəcəyini də bildirib: “Cənubi Afrikanın ikiüzlülüyünə qarşı Beynəlxalq Ədalət Məhkəməsində olacağıq”.

ABŞ dövlət katibi Blinken Təl-Əvivdən əvvəl Türkiyə, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi bəzi region ölkələrinə səfər etdiyini bildirib.

İsrail rəsmiləri ilə xüsusilə gələcək üçün danışılası çox şey olduğunu bildirən Blinken, səfəri çərçivəsində Qəzzada saxlanılan bəzi israilli məhbusların ailələri ilə də görüşəcəyini bildirib.