Xəbərlər

WSJ: İsrail Qəzzaya humanitar yardımların bərpasını müzakirə edir

“İsrail liderləri ərzaq və dərman ehtiyatlarının tükəndiyi Qəzza zolağına humanitar yardımın çatdırılmasının bərpası imkanlarını müzakirə edirlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

“İsrail rəsmiləri humanitar yardımların çatdırılmasına imkan verəcək format barədə hələ də qərar verməyiblər. Onlar üçün əsas problem yardımın bərpa olunacağı təqdirdə HƏMAS hərəkatının mövqelərinin güclənməsidir. İsrail dəfələrlə HƏMAS-ı öz əməliyyatlarını maliyyələşdirmək üçün humanitar malları qara bazarda satmaqda ittiham edib, hərəkat isə ittihamları rədd edib”, – məlumatda qeyd olunub.