İsrailin strateji işlər naziri Ron Dermer Qəzzaya hücumları 12 ay daha davam etdirəcəklərini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.
“12 ay sonra 7 oktyabr müharibəsi bitəcək. Daha çox ölkə İsraillə sülh istəyəcək, lakin bunun açarı qələbədir. Biz ABŞ prezidenti Donald Trampın İsrail üçün nəticəsi pis olacaq bir müqavilə imzalamayacağına inanırıq”, – nazir əlavə edib.



