“Vaşinqton tarif müharibəsini davam etdirmək qərarına gələrsə, Pekin sona qədər mübarizə aparacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi BRİCS nazirlərinin geniş iclasında deyib.
“Çinin ticarət müharibəsinə cavabı aydın və qətidir. Əgər onlar rəqabətə davam etsələr, biz sona qədər mübarizə aparacağıq. Əgər dialoqa hazırdılarsa, biz bir-birimizə bərabərhüquqlu tərəflər kimi hörmət etməliyik. Çin təkcə öz milli ləyaqətini deyil, həm də dünyanın parlaq gələcəyini müdafiə edir”, – Vanq Yi əlavə edib.



