Xəbərlər

Dövlət Departamenti: ABŞ KXDR-in Ukrayna böhranında hərbi iştirakından narahatdır

“ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) ordusunun Ukrayna böhranında iştirakından narahatdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə bildirib.

“Üçüncü ölkələr, o cümlədən KXDR Rusiya və Ukrayna arasında münaqişənin davam etdirilməsinə kömək edir və buna görə məsuliyyət daşıyır. Vaşinqton KXDR ordusunun Ukrayna böhranında birbaşa iştirakından narahatdır. Şimali Koreya qoşunlarının Rusiya ərazisinə köçürülməsi, eləcə də Rusiyanın cavab tədbiri olaraq KXDR-ə verdiyi hər hansı dəstək dayandırılmalıdır”, – o əlavə edib.