Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisini Ankarada rəsmi mərasimlə qarşılayıb.
“Füyuzat”ın məlumatına görə, iki lider əvvəlcə təkbətək görüşəcək, daha sonra Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası başlayacaq.
Ərdoğan və Rəisi arasındakı rəsmi danışıqlarda ikitərəfli əlaqələrlə yanaşı, Qəzza, İraq, Suriya, Qafqaz, Əfqanıstan, Ukraynadakı son hadisələr kimi regional mövzuların da müzakirə ediləcəyi gözlənilir.