“Ukraynada münaqişənin həlli üçün fürsət yaranıb. NATO ölkələri nizamlanma prosesinə mümkün dəstəyi müzakirə edəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan alyansın xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısının qapalı hissəsi başlamazdan əvvəl deyib.
“Əlbəttə, Ukraynadakı müharibəni ədalətli və davamlı şəkildə bitirmək üçün göstərdiyimiz səylər bugünkü müzakirələrimizin mühüm tərkib hissəsi olacaq. Hamınız bilirsiniz ki, Türkiyə bu problemin diplomatik həllinin vacibliyini hər zaman vurğulayıb. Üç illik dözülməz iztirablardan sonra nəhayət bir fürsət pəncərəsi açıldı. Ümid edək ki, İstanbuldakı danışıqlar yeni bir səhifə açacaq. Bugünkü görüşümüzdə bu prosesə necə dəstək ola biləcəyimizi müzakirə edəcəyik”, – Fidan bildirib.



