Xəbərlər

Haitidə hökumət əleyhinə etirazlarda 6 nəfər ölüb

Haitidə baş nazir Ariel Henrinin istefası tələbi ilə keçirilən etirazlarda 6 nəfər güllələnib.

“Füyuzat”ın məlumatına görə, baş nazir Ariel Henrinin istefası tələbi ilə Karib dənizindəki ada ölkəsi Haitinin paytaxtı Port-au-Prins başda olmaqla, ölkənin hər yerində minlərlə insan küçələrə axışıb.

Nümayişçilərlə polis arasında gərginlik yaranıb. Hadisələr zamanı 6 nəfər güllələnərək öldürülüb, onlarla insan yaralanıb.

Qeyd edək ki, baş nazir Henri davam edən şiddətli etirazlardan sonra çıxış edib və çıxışında nümayişçiləri sakitliyə çağırıb.