Xəbərlər

Yaponiya İsrailin İrana hücumunu pisləyib

“Yaponiya hökuməti İranın nüvə proqramı ilə bağlı məsələnin diplomatik yolla həlli üçün səylərin göstərildiyi bir vaxtda İsrailin İrana zərbə endirməsini pisləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bildirib.

“İranın nüvə probleminin sülh yolu ilə həlli üçün diplomatik səylər, xüsusən də ABŞ və İran arasında danışıqlar davam edərkən hərbi vasitələrdən istifadə edilməsi son dərəcə təəssüf doğurur. Yaponiya gərginliyin artmasına səbəb olan bu hərəkətləri qətiyyətlə pisləyir”, – nazir əlavə edib.