Xəbərlər

İsrail İranla genişmiqyaslı müharibə ehtimalına hazırdır

İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İsrail hadisələrin istənilən inkişafına, o cümlədən İranla genişmiqyaslı müharibəyə hazırdır.

“Füyuzat”ın məlumatına görə, ondan İranla genişmiqyaslı silahlı münaqişə ehtimalına münasibət bildirmək istənilib.

“İsrail hadisələrin istənilən inkişafına hazırdır”, – deyə Gendelman cavab verib.

Eyni zamanda, Baş nazirin ofisinin müşaviri vurğulayıb ki, İsrail “həm müdafiədə, həm də hücumda ilk növbədə öz hərbi qüvvələrinə və imkanlarına arxalanır”.

ABŞ prezidenti Donald Trampı gözlənilən hücumla bağlı xəbərdar edib-etməməsi ilə bağlı suala o, “İsrail bütün müttəfiqləri ilə sıx əlaqədədir” deyib.