“ABŞ-ın razılığı və koordinasiyası olmadan İsrailin İrana zərbə endirməsi qeyri-mümkün olardı”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hizbullah hərəkatı məlumat yayıb.
“Bu hücum Vaşinqtonun razılığı və koordinasiyası olmadan baş verə bilməzdi. ABŞ indi nəticələrin qarşısını almaq üçün bunu inkar etməyə çalışır. Biz İran rəhbərliyi və xalqı ilə tam həmrəyik”, – məlumatda bildirilib.



