Xəbərlər

İsrail ordusu İranın raket qurğularını məhv edib

“İranın İsrail ərazisinə son zərbəsinə cavab olaraq Tehran yaxınlığında yerləşən raket buraxılış qurğusu məhv edilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) bəyanatında bildirilib.

“Cavab tədbirləri çərçivəsində İsrail Hərbi Hava Qüvvələri “yer-hava” tipli raket buraxılış qurğusunu aşkar edərək məhv edib. İran hərbi qulluqçuları buraxılış qurğusu ilə birlikdə məhv edilib”, – məlumatda deyilir.

İDF sözçüsü qurğunun İran qoşunlarının ondan istifadə etməyə cəhd etməsindən bir neçə saniyə əvvəl məhv edildiyini vurğulayıb.

İDF qeyd edir ki, zərbənin məqsədi İran ərazisi üzərində hava üstünlüyü əldə etməkdir.