“Moskva və Vaşinqton başa düşürlər ki, İran və İsrail arasında münaqişə diplomatik yolla həll edilməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “Rossiya-24” telekanalının efirində deyib.
“Rusiya və Amerika Birləşmiş Ştatları arasında ən yüksək səviyyədə anlaşma var ki, İran və İsrail arasındakı münaqişənin siyasi və diplomatik həllinə qayıtmaq lazımdır”, – o deyib.



