“ABŞ və digər Qərb ölkələrinin İsrailə hərtərəfli dəstəyi beynəlxalq sülh və təhlükəsizliyə əsas təhlükəyə çevrilib”.
“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
“İsrail rejiminin cəzasız qalması və onun ABŞ və Qərb ölkələrindən aldığı hərtərəfli dəstək beynəlxalq sülhə və regional təhlükəsizliyə görünməmiş təhlükəyə çevrilib”, – diplomat həftəlik brifinqdə bildirib.



