“Rusiya müvafiq kanallar vasitəsilə İran və İsrail nümayəndələri ilə əlaqə saxlayır və rusların sağlamlığına və həyatına təhlükə yarada biləcək hərəkətlərdən çəkinməyin vacibliyinə diqqət çəkir”.
“Füyuzat”ın məlumatına görə, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Müvafiq kanallar vasitəsilə münaqişə tərəflərinin nümayəndələri ilə əlaqə qurulur, bu zaman əsas diqqət Rusiya Federasiyası vətəndaşlarının sağlamlığına və həyatına təhlükə yarada biləcək hərəkətlərdən qaçınmaq zərurətinə yönəldilir”, – Peskov qeyd edib.



