Xəbərlər

Macarıstan Ukraynanı elektrik enerjisi təchizatını kəsməklə hədələyib

“Avropa Komissiyası Rusiyadan neft, qaz və nüvə yanacağının tədarükünə qadağa qoysa, Macarıstan Ukraynaya elektrik enerjisinin ötürülməsini dayandıra bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Lüksemburqda Avropa İttifaqının (Aİ) energetika nazirlərinin görüşündə iştirak edən Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Bu gün Macarıstan Ukraynanın elektrik enerjisi idxalının təxminən 40-42%-ni təmin edir. Beləliklə, Macarıstan Ukraynanı elektrik enerjisi ilə təmin etməkdə əsas rol oynayır. Lakin Macarıstanın enerji təchizatı təhlükə altında olarsa və qeyri-sabitlik yaranarsa, bu, bizim Ukraynaya tədarükümüzün davam etdirilməsinə ciddi təsir göstərə bilər”, – Siyarto jurnalistlərinə müsahibəsində bildirib.