Xəbərlər

Rudenko: Rusiya İran və İsrail arasında vasitəçi olmağa hazırdır

“Münaqişə tərəflərindən belə bir müraciət daxil olarsa, Rusiya İran və İsrail arasında vəziyyəti həll etmək üçün vasitəçilik xidmətləri göstərməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Tərəflərin xahişi olarsa, biz bütün vasitəçilik xidmətlərimizi göstərməyə hazır olacağıq. Hər iki tərəf bundan xəbərdardır”, – o qeyd edib.