“Brest vilayətində Belarus xüsusi təyinatlı qüvvələrinin çağırışçıları və hərbçiləri üçün təlimlər keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 18-dən 24-dək Brest vilayətində səfərbərlik təlimi keçiriləcək. Təlimlər zamanı çağırışçılar silah və texnika ilə davranma vərdişlərini yeniləyəcək, atıcı silahlardan atəş açma məşqlərini yerinə yetirəcəklər. Çağırışçıların hərbi komissarlıqlara çağırılması ilə bağlı tədbirlər də həyata keçiriləcək. Təlimdə Silahlı Qüvvələrin xüsusi təyinatlı bölmələri də iştirak edəcək”, – məlumatda bildirilib.



