“İyunun 13-dən indiyədək İran ərazisindən İsrailə 400 ballistik raket atılıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman teleqram kanalında bildirib.
“İsrailə qarşı əməliyyat başlayandan bəri İran tərəfindən 400-ə yaxın ballistik raket atılıb, yüzlərlə pilotsuz təyyarə buraxılıb. Raketlərin düşdüyü 40 yer qeydə alınıb, 24 nəfər ölüb, 800-dən çox insan isə yaralanıb”, – Gendelman qeyd edib.



