Xəbərlər

NATO: Rusiya Avro-Atlantik təhlükəsizliyə təhdiddir

“NATO Rusiyanın Avro-Atlantik təhlükəsizliyə uzunmüddətli təhdid yaratdığına inanmaqda davam edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə son sammitin yekunları üzrə qəbul edilmiş yekun sənəddə qeyd olunub.

“Ciddi təhlükəsizlik təhdidləri və çağırışları, xüsusən də Rusiyanın Avro-Atlantik təhlükəsizliyə yaratdığı uzunmüddətli təhdid və davamlı terror təhlükəsi qarşısında müttəfiqlər hər il ÜDM-in 5%-ni əsas müdafiə ehtiyaclarına sərmayə qoymaq barədə öhdəlik götürürlər”, – məlumatda bildirilib.