Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində güclü qar yağmasından sonra baş verən sürüşmə və uçqunlar nəticəsində azı 27 nəfər həyatını itirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik açıqlama verib.
“Təbii fəlakət nəticəsində çoxlu sayda ev uçqun və torpaq altında qalıb. Hazırda axtarış-xilasetmə işləri davam edir, indiyədək 25 nəfərin cəsədini tapılıb, 8 nəfər isə yaralanıb”, – Saik bildirib.
“Pəncşir vilayətində baş verən qar uçqunu nəticəsində isə 2 mədən işçisi ölüb, 1 işçi yaralanıb”, – Saik əlavə edib.
Həmçinin məlumatda, Əfqanıstanın mərkəzi və şimal hissələrinə təsir edən qar səbəbindən bir çox yaşayış məntəqələrinə kömək etməyin mümkün olmadığı qeyd edilib.