Xəbərlər

Rusiyanın hava məkanından istifadəyə məhdudiyyət qoyulub

Aviaşirkətlər Rusiyanın hava məkanından istifadəyə məhdudiyyətlər səbəbindən iyulun 5-dən Moskva vaxtı ilə 7 iyul 06:00-ya qədər 485 reysi ləğv edib.

“Füyuzat”ın məlumatlarına görə, bu barədə “Rosaviatsia” məlumat yayıb.

“İyulun 5-dən iyulun 7-dək aviaşirkətlər 485 reysni ləğv edib, 88 reys alternativ aerodromlara yönləndirilib, 1900 reys uçuş və eniş zamanı gecikdirilib, 43 min bilet geri qaytarılıb”, – məlumatda deyilir.