Xəbərlər

Rusiya yaxın 6 il ərzində robot texnikası üçün 1,7 milyard dollar ayırmağı planlaşdırır

Rusiya yaxın 6 ildə robotlaşdırmaya təxminən 1,7 milyard dollar ayırmağı planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov sənaye nazirlərinin iclasında çıxışı zamanı deyib.

“Digər mühüm sahə robotlaşdırmadır. Növbəti 6 ildə bu məqsədlər üçün təxminən 1,7 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur. Geniş spektrli dövlət dəstəyi tədbirləri tələbatın stimullaşdırılmasına, robot texnikasının yeni növlərinin inkişafı üçün elmi-tədqiqat işlərinin aparılmasına, texnoloji infrastrukturun yaradılmasına yönəlib ki, bunun da əsasını 30 robot texnikasının inkişafı mərkəzi təşkil edəcək. Həmin mərkəzlər hazırda regionlarımızda yaradılır”,- o qeyd edib.