Xəbərlər

Rusiya İstintaq Komitəsi işdən çıxarılan nazirin ölümü ilə bağlı bəyanat yayıb

“İstintaq Roman Starovoytun ölüm şəraitini aydınlaşdırır”.

“Füyuzat”ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin bəyanatında deyilir.

“Bu gün Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Vladimiroviç Stravoytun şəxsi avtomobilində güllə yarası ilə Odintsovo şəhər rayonunda meyiti tapılıb.

İstintaq orqanları hadisə yerində işləyir, hadisənin başvermə şəraitini aydınlaşdırır. Əsas versiya intihardır”, – idarədən bildiriblər.