Xəbərlər

Politico: ABŞ Roma görüşündən sonra Kiyevə silah tədarükünü bərpa edə bilər

“ABŞ bu həftə və gələn həftə iki ölkə nümayəndələrinin Roma və Kiyevdəki görüşlərindən sonra Ukraynaya bəzi silah növlərinin tədarükünü bərpa edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın bərpası üzrə beynəlxalq konfransda (10-11 iyul) Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşəcək. Daha sonra Kiyevdə görüşlər olacaq.

Qeyd edək ki, Pentaqon ABŞ administrasiyasının Ukraynaya əlavə müdafiə silahları ötürmək planlarını təsdiqləyib.