Xəbərlər

Netanyahu: İsrail Qəzzada məqsədlərinə çatmaqda qərarlıdır

“İsrail Qəzza zolağında müharibənin bütün məqsədlərinə, o cümlədən girovların azad edilməsi və Fələstinin HƏMAS hərəkatının potensialının məhv edilməsinə nail olmaq əzmindədir”.

“Füyuzat”ın məlumatına görə, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşdən sonra deyib.

“Biz bütün məqsədlərimizə çatmaqda qərarlıyıq: həm diri, həm də ölü bütün girovların azad edilməsi, HƏMAS-ın hərbi və hökumət potensialının məhv edilməsi əsas məqsədlərimizdir. Beləcə, Qəzzanın İsrail üçün artıq təhlükə yaratmayacağını bir reallıq təmin ediləcək”, – Baş nazir bildirib.