Xəbərlər

Almaniya Ukrayna üçün ABŞ-dan əlavə “Patriot” sistemləri ala bilər

“Almaniya onları Ukraynaya ötürmək üçün ABŞ-dan əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri almağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merz bildirib.

Romada Ukraynanın yenidən qurulması ilə bağlı konfransda çıxış edən Merz deyib: “Biz onları Ukraynaya vermək üçün ABŞ-dan əlavə “Patriot” sistemləri almağa hazırıq”.

O həmçinin qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsində ABŞ hökuməti və prezident Donald Trampla sıx təmasdadır: “Almaniya Ukraynaya bu sahədə yardımını davam etdirir”.

Eyni zamanda, Almaniya kansleri ötən cümə axşamı ABŞ prezidenti Donald Trampdan “Patriot” sistemlərini tədarük etməyi xahiş etdiyini bildirib: “Amerikalıların bu sistemlərə qismən ehtiyacı var, lakin onlarda çoxlu belə silahlar var və müdafiə nazirləri, belə demək mümkünsə, müvafiq tədarük üçün səy göstərirlər”.