“Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq”.
“Füyuzat”ın məlumatına görə, bu sözləri Almaniya kansleri Fridrix Merz Romada Ukraynanın bərpasına həsr olunmuş konfransda deyib.
“Bir daha demək istəyirəm ki, Rusiya aktivlərinin dondurulması davam edəcək. Faizlərdən və ya aktivlərdən əldə edilən gəlirdən istifadə bizim təsvir etdiyimiz mexanizmdən istifadə etməklə həyata keçirilir. Aktivlərin özləri də lazım gələrsə, müvafiq razılaşma ilə bağlı istifadə oluna bilər”, – o deyib.
Kanslerin sözlərinə görə, Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı nəticəsində Ukraynaya dəymiş ziyan təxminən 500 milyard avro təşkil edir. Eyni zamanda, Merz Avropa İttifaqının (Aİ) Rusiya Federasiyasına qarşı sanksiyaları mövzusuna toxunub və Slovakiyanı müqaviməti dayandırmağa və Aİ daxilində 18-ci sanksiyalar paketinə yol açmağa çağırıb.



