Xəbərlər

Tramp iyulun 14-də Rusiya ilə bağlı önəmli açıqlama verəcək

“İyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanat verəcəyəm”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”, – o qeyd edib.

Amerika lideri qarşıdan gələn bəyanatın məzmunu ilə bağlı hər hansı əlavə təfərrüat verməkdən imtina edib.

“Rusiyadan məyus oldum. Gəlin görək, yaxın bir neçə həftə ərzində nə baş verəcək”, – o əlavə edib.