Avropa İttifaqı (Aİ) ölkələrinin İrana qarşı sanksiyalar tətbiq etmək üçün mənəvi və hüquqi əsasları yoxdur.
“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi E3 (Böyük Britaniya, Almaniya, Fransa) ölkələrinin xarici işlər nazirləri və Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə birgə telekonfrans zamanı söyləyib.
“ABŞ ilə nüvə sazişi ilə bağlı danışıqların yeni raundu yalnız Vaşinqtonun ədalətli, tarazlaşdırılmış və qarşılıqlı faydalı razılaşmaya hazır olduğu təqdirdə mümkündür”, – O bildirib.
Telekonfrans zamanı Əraqçi avropalı tərəfdaşları köhnəlmiş təzyiq və təhdid siyasətindən imtina etməyə çağırıb və onların sanksiyalar üçün heç bir mənəvi və hüquqi əsasının olmadığını söyləyib.



