Xəbərlər

İspaniya: Ukraynada ispan əsgərləri olmayacaq

“Ukraynada ispan əsgərləri olmayacaq, çünki biz sülh istəyirik. İspaniya hökuməti Qəzzada da, Ukraynada da eyni şeyi istəyir. Sülh və beynəlxalq hüquqlara hörmət etmək lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares söyləyib.

Qeyd edək ki, Albares İsrail-Fələstin münaqişəsi sonlana qədər İsrailə silah satışının olmayacağını da qeyd edib.